Prezident yanğının günahkarlarının ciddi cəzalandırılmasını tapşırdı- Anar Ələkbərov

Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb.

Bunu Prezidentin köməkçisi Anar Ələkbərov deyib.

O qeyd edib ki, sözügedən hadisə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub(trend).

Əvvəlki məqalə

Yanğından çıxarılan 26 körpə Kliniki Tibbi Mərkəzə aparılıb –

Sonrakı məqalə

Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib