Ölkədə internetdən ən çox orta təhsilli insanlar istifadə edir –

Nəyi axtarmağa üstünlük verirlər?
29 Dekabr 2019 - 11:02

Azərbaycanda kompüter və internet istifadəçilərinin çoxu ümumi orta təhsilli insanlardır.

Azpost.info trend-ə istinadən bildirir ki, 2019-ci il üzrə olan məlumatlara əsasən, kompüter istifadəçilərinin 58,6 faizi ümumi orta təhsilli, 17,6 faizi orta təhsildən sonrakı təhsilə malik (qeyri-ali təhsil), 23,8 faizi ali təhsillidir.

Şəhər yerləri üzrə kompüter istifadəçilərinin 50,2 faizi ümumi orta təhsilli, kənd yerləri üzrə 71,2 faizi ümumi orta təhsillidir.

Ümumilikdə şəhər yerləri üzrə kompüter istifadəçilərinin 24,6 faizi orta təhsildən sonrakı (qeyri-ali təhsil), 25,2 faizi ali təhsilli, kənd yerləri üzrə kompüter istifadəçilərinin 7,1 faizi orta təhsildən sonrakı (qeyri-ali təhsil), 21,7 faizi ali təhsillidir.

2018-ci il üzrə olan məlumata əsasən, Azərbaycanda internet istifadəçilərinin 60,2 faizi ümumi orta təhsilli olub.

İnternet istifadəçilərinin 18,1 faizi orta təhsildən sonrakı (qeyri-ali təhsil), 23,8 faizi ali təhsillidir.

Azərbaycanda internet istifadə edənlərin çoxunun məqsədi informasiya axtarmaq və əlaqə yaratmaqdır. İstifadəçilərin 29,9 faizi internet şəbəkəsindən informasiya axtarmaq, 29, 5 faizi əlaqə yaratmaq, 6,9 faizi təlim və təhsil, 17,4 faizi oyun yükləməkmusiqiyə qulaq asmaq, 1,5 faizi əmtəə məhsullarının sifarişi və satışı, 14,8 faizi hakimiyyət orqanları ilə əlaqə yaratmaq məqsədilə internet şəbəkəsindən istifadə edir.