Ölkədə kişilər 28, qadınlar 24 yaşda ailə qurur

2023-cü ildə Azərbaycanda nikaha daxil olanların 69,8 faizini gənclər təşkil edib.

Bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri” məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2-dir.

Qeyd edilib ki, ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 14,8 faiz, gənc qadınların xüsusi çəkisi isə 34,3 faiz olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.