Ölkədə narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır –Qeydiyyatda nə qədər "ağ ölüm"ün qurbanları var? (RƏQƏMLƏR)

Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır.

Azpost.info trend-ə istinadən bildirir ki, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. Sonrakı illərdə cinayət törədən narkomanların sayında getdikcə artma müşahidə edilib.

2010-cu ildə narkomanlar tərəfindən 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791 cinayət törədilib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib.

Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yanan ticarət mərkəzi kimindir? –

Sonrakı məqalə

“Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb” –