Ölkədə son 15 ildə xəstələrin sayı 350 min nəfər artıb –  Azərbaycanda insanlar ən çox hansı xəstəliyə yoluxur? (RƏQƏMLƏR)

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər tənəffüs orqanlarının, daha sonra isə həzm orqanlarının xəstəlikləridir.

Azpost.info trend-ə istinadən bildirir ki, əvvəllər də xəstələnmə halları sırasında tənəffüs orqanları ilk yerdə olub. Əhalinin ən çox düçar olduğu ikinci qrup xəstəliklər bəzi infeksion və parazitar xəstəliklərdir.

2005-ci ildə ölkədə bütün xəstəliklər üzrə qeydə alınmış xəstələrin ümumi sayı 1 503 824 nəfər olub. Onların 677 123 nəfəri tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib. Həmin ildə 129 299 nəfər bəzi infeksion və parazitar xəstəliklərdən, 117 345 nəfər qan dövranı sisteminin xəstəliklərindən, 107 162 nəfər həzm sisteminin xəstəliklərindən əziyyət çəkən xəstə kimi qeydiyyata götürülüb.

Lakin sonrakı illərdə ölkə üzrə qeydə alınan xəstələrin sayının artma prosesi ilə yanaşı, həzm və qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması da müşahidə edilib.

Bu artım sayəsində həzm sisteminin xəstəlikləri üzrə qeydə alınmış xəstələrin sayı əhali arasında daha çox rast gəlinən ikinci qrup xəstəliklər olub. İnfeksion və parazitar xəstəliklərdən əziyyət çəkənlərin sayı isə qan dövranı xəstələrinin sayından sonra əhali arasında ən çox rast gəlinən dördüncü qrup xəstəliklər olub.

2015-ci ildə ölkə üzrə xəstələrin sayı 1 824 086 nəfər olub ki, onun 752 669 nəfəri tənəffüs orqanları, 156 197 nəfəri həzm sistemi xəstəliklərindən, 134 225 nəfəri qan dövranı sisteminin, 114 955 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydə alınıb.

Bu tendensiya sonrakı illərdə də müşahidə edilib.

2017-ci ildə ölkə üzrə qeydə alınan 1 875 652 xəstənin 735 922 nəfəri tənəffüs orqanlarının, 160 801 nəfəri həzm sisteminin, 143 182 nəfəri qan dövranı sisteminin, 124 457 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən əziyyət çəkib.

2018-ci ildə ölkə üzrə qeydə alınan 1 895 897 xəstənin 762 809 nəfəri tənəffüs orqanlarının, 164 531 nəfəri həzm sisteminin, 144 719 nəfəri qan dövranı sisteminin xəstəlikləri, 119 954 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydiyyata alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində nəhəng vağzalı sürüşdürüb döndərdilər –

Sonrakı məqalə

Eldar Mahmudova sərbəst hərəkət etmək icazəsi verilib –