Ölkəsindən qaçan Morales Meksikaya gətirildi –“Mexiko həyatımı xilas etdi”

Keçmiş Boliviya prezidenti Evo Moralesin olduğu təyyarə Mexiko şəhərinə enib.

Boliviya prezidenti vəzifəsindən istefa verən Evo Moralesi daşıyan Meksika hərbi hava qüvvələrinə məxsus təyyarə Mexiko şəhərində eniş edib. Açılış görüntüləri “Todo Noticias” kanalında nümayiş olunub.

Moralesi hava limanında Meksikanın xarici işlər naziri Marcelo Ebrard qarşılayıb. Boliviyanın keçmiş prezidenti Evo Moralesə Meksikada sığınacaq vermə qərarı həyatını xilas edib.

Bunu keçmiş dövlət başçısının özü Mexiko hava limanında deyib.

Morales bildirib: “Noyabrın 9-da Boliviyanın Koçabamba şəhərinə gələndə silahlı qüvvələrin təhlükəsizlik işçilərindən biri mənə 50 min dollar müqabilində təslim edilməmi istəyən mobil mesajları göstərmişdi” -deyə o bildirib.

Meksikanın anti-Amerika ritorikası ilə tanınan keçmiş Boliviya prezidenti Evo Moralesə sığınacaq vermə qərarı bu Latın Amerikası ölkəsinin ABŞ ilə münasibətlərinə təsir etməyəcək. Bu fikri Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib. (Trend)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sarkisyan sükutu pozdu, üzə çıxdı, ABŞ səfiri ilə görüşdü:

Sonrakı məqalə

“Bağdadinin yaxın adamının harada olduğunu bilirik” –