Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ölkəmizin bütün ərazilərində ilk dəfə seçki keçirilir –

User 01 Sentyabr 2024 - 09:17 (Last updated: 21 May 2025 - 20:15)
msk metbuat konfrans

Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

Sədr bildirib ki, seçkilər Azərbaycanda böyük hadisəyə çevrilib. Parlament seçkiləri ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcək.

Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilir. Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri əlavə edib ki, Milli Məclisə seçkilərdə 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək. Hazırda azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərir.

Şəffaflığın təmin olunması məqsədilə 6478 məntəqənin minində veb-kameralar quraşdırılıb.

Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.

Sədr qeyd edib ki, 6 milyon 421 min 960 vətəndaş bu gün keçirilən parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. “Azərbaycanda keçirilən seçkilərə beynəlxalq miqyasda böyük maraq var. Beynəlxalq müşahidəçilərin əksəriyyəti seçkilər üzrə böyük təcrübəyə malikdir və onların fikirləri əhəmiyyətlidir”, – deyə o əlavə edib.

M.Pənahov vurğulayıb ki, seçkilərdə beynəlxalq müşahidəçilər çox geniş şəkildə təmsil olunublar. 598 beynəlxalq müşahidəçi seçkiləri izləyə biləcək. Bundan əlavə, 112 min 749 yerli müşahidəçi də seçkiləri izləyəcək.

Diqqətə çatdırılıb ki, Milli Məclisə növbədənkənar seçkiləri 22 beynəlxalq media nümayəndəsi də işıqlandıra biləcək.

Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “Tərəqqi” sosial tədqiqatlar ictimai birliyi və “Sosioloji Tədqiqatlar Mərkəzi” qeydə alınıb. Onlardan ikisi öz fəaliyyətlərini xarici partnyorları ilə birgə qurublar.

Məzahir Pənahov seçkiləri izləyəcək yerli müşahidəçilərin 65 minə yaxınının 25 siyasi partiyanın nümayəndələri olduqlarını da qeyd edib.

2008-ci ildən seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bildirib ki, bu da seçkilərdə aşkarlığın bir nümunəsidir.

MSK sədri seçiciləri fəal olmağa çağırıb. Deyib ki, daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir.

Post navigation

Previous: Laçın sakinləri doğma yurdlarında səs verirlər
Next: Rekord sayda QHT təmsilçisi seçkiləri müşahidə edir

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
ABŞ Konqresə aralıq seçkilərdən sonra İrana mümkün yeni zərbələr endirməyə hazırlaşır. Vaşinqton bu barədə Fars körfəzindəki ərəb...
Read more about İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.