Oqtay Gülalıyev yenidən əməliyyat olunub –Həkimlər həyat yoldaşına nə deyib?

Noyabrın 20-də İstanbulun “Amerika Xəstəxanası”nda hüquq müdafiəçisi Oqtay Gülalıyevin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva Amerikanın Səsinə bildirib ki, artıq əmıəliyyat başa çatıb.

“Həkimlər bildirir ki, əməliyyat zamanı Oqtayın beyninə yığılmış mayeni təmizləyiblər. Beynindəki mayenin axması üçün beyin nahiyyəsinə kateter yerləşdirilib. Həkimlər Oqtayın komadan çıxacağı ilə bağlı hələ bir söz demir. Deyirlər ki, qarşıdakı aylar ərzində mülaicə davam etdiriləcək və dərmanların necə təsir edəcəyi məlum olacaq. Onun komadan ayılıb-ayılmamyacağını zamanın öhdəsinə buraxmaq lazımdır,” həkim Firuzə Gülalıyevaya belə deyib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan bir ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

Noyabrın 19-da Gülalıyev İstanbulda “Amerika Xəstəxanası”na köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluq açıqlama yaydı:

Sonrakı məqalə

Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib