Oqtay Gülalıyevin durumu ağır sabit olaraq qalır –Nazirlik açıqlama xəbər yaydı

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı xəbər yayıb.

Xəbərdə deyilir: “”City Hospital”dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır sabit, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir”.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevİ vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Polisi açıqlama yaydı:

Sonrakı məqalə

Həbib – Ferqyuson döyüşünün vaxtı məlum olub