“Oqtay Gulalıyevin səhhətində irəliləyiş yoxdur”-Həyat yoldaşı həkim rəyi barədə danışdı

“Oqtayın vəziyyəti ağır sabit olaraq qalır. Səhhətində irəliləyiş yoxdur”.

Azpost.info Amerikanın Səsi-nə istinadən bildirir ki, bu barədə noyabrın 11-də hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə , gündəlik müalicə davam edir və O.Gülalıyev reanimasiyadadır.

F.Gülalıyeva vurğulayıb ki, «Avrasiya» Klinikasının həkimləri O.Gülalıyevin səhhəti ilə bağlı ilkin rəylərini veriblər. Həmin rəyin o qədər də nikbin olmadığı qeyd edilirdi: «Bu, aparılan müayinənin nəticəsi olaraq həkimlərin verdikləri ilkin rəy idi. Yəqin ki, aparılan müalicə də öz nəticəsini verər».

F.Gülalıyeva həkimlərin əllərindən gələni əsirgəmədiklərini söyləyib. «Amma «Avrasiya» Klinikası neyrocərrahiyyə baxımından münasib deyil»-deyə o əlavə edib. Onun sözlərinə görə, bu gün, noyabrın 11-də Türkiyədə tanınan iş adamlarından birinin həkimi O.Gülalıyevin vəziyyəti ilə tanış olmağa gələcək.

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çavuşoğlu:

Sonrakı məqalə

Azərbaycan XİN-dən Lavrova sərt cavab: