Oqtay Gülalıyevin vəziyyətində xüsusi dəyişiklik yoxdur –Həyat yoldaşı

“Oqtay Gülalıyevin hazırkı vəziyyətində nə geriləmə var, nə də irəliləyiş. O, hələ də komadadır”.

 Azpost.info bildirir ki, bu açıqlamanı Azadliq Radiosuna noyabrın 3-də Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.  Firuzə Gülalıyevanın qeyd etməsinə görə, noyabrın 3-də həkim Arif Xasıyev-lə danışıb: “Arif həkim dedi ki, əllərindən gələni edirlər, hələlik, xüsusi dəyişiklik yoxdur, Oqtay bəy komadadır”.

 Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

 Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

 O həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“McDonald’s”ın 10 ildir çürüməyən burgeri və kartofu –

Sonrakı məqalə

Yaponiya Baş Nazirinin təyyarəsindəki sobada yanğın olub