Oqtay Şirəliyev maska taxıb İtaliya səfiri ilə görüşdu

25 İyun 2020 - 12:24

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Görüşdə koronavirusla mübarizədə İtaliya və Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycan tərəfi İtaliyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Tərəflər onkologiya, ortopediya və biotəbabət kimi sahələri özündə birləşdirən səhiyyə sektorunda mövcud olan ikitərəfli əlaqələr barədə də danışıblar.