Oqtay Şirəliyev vəzifədən çıxarılır? –Nazir şəxsi əşyalarını götürüb məzuniyyətə gedib

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.

Azpost.info bildirir ki, bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.

Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.

Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.

Qeyd edək ki, yeni baş nazir təyinatından sonra Gununsesi.org bəzi hökumət üzvlərinin də yola salınacağını yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neçə belə azad illər arzulayıram”

Sonrakı məqalə

“Prezidentin mesajları açıq və qapalı informasiyalara dayanır” –