Orban Ukraynada müharibəni dayandırmağa qadir olan şəxsin adını çəkib

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymağa qadir yeganə siyasətçidir”.

Azpost.info bildirir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

“Əgər Donald Tramp 2022-ci ilin fevralında Amerika prezidenti olsaydı, Avropada müharibə olmazdı”, – deyə Orban öz fikrini bildirib.

O hesab edir ki, ABŞ-da Ukraynaya təzyiq göstərə və hərbi əməliyyatları bitirə biləcək ikinci lider yoxdur.

Daha əvvəl Vladimir Zelenski Trampı Kiyevə gəlməyə dəvət edib. Zelenski  ABŞ-ın keçmiş prezidentinin Rusiya ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həll olunması ilə bağlı sözlərinin onu qorxutduğunu bildirib.

Zelenski Trampa “əvvəl düşün, sonra danış” ifadəsi ilə cavab verib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-ın F-16 təyyarəsi Cənubi Koreyada qəzaya uğrayıb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri