Ordu ilə bağlı icazəsiz çəkilişlərə görə 12 il həbs cəzası –Zelenski qanunu imzaladı

Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin hərəkəti haqqında məlumatın icazəsiz dərcinə görə cinayət məsuliyyəti müəyyən edən qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb. Qanun layihəsini Ukrayna parlamentinin deputatları hazırlayıb. Sənəddə Cinayət Məcəlləsinə yeni maddə daxil edilir ki, buna əsasən, hərbçilərin mövqelərinin, hərəkətlərinin çəkilişinə və dərcinə görə 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu tədbir hərbi vəziyyət dövründə qüvvədə olacaq. O cümlədən, ağırlaşdırıcı nəticələr vermədən silah, sursat və texnikanın hərəkəti haqqında məlumatların yayılmasına cavabdeh olanlar 3 ildən 5 ilədək müddətə cəzalandırılacaq. Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və ya onların yürüşdə hərəkəti haqqında məlumatın dərcinə görə isə 8 ilədək cəza nəzərdə tutulur. Əgər əməl bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq “Ukraynaya silahlı təcavüz edən dövlətə belə məlumat vermək” məqsədi ilə törədilərsə, təqsirləndirilən şəxs 8 ildən 12 ilədək həbs cəzasına məhkum ediləcək.

Azpost.info

Əvvəlki məqalə

Putin Abramoviçi Ukrayna ilə danışıqlar üzrə nümayəndə təyin edib

Sonrakı məqalə

Şeyxülislam və dini icma rəhbərləri Avropa Parlamentinə etiraz bəyanatı imzalayıb