“Ordu ilə bağlı məsələlər ən başlıca vəzifə hesab olunur” –QHT sədri

Silahlı qüvvələr günü ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin Qərb bölgəsinə səfəri çərçivəsində N saylı hərbi hissələrdə ordunun əsgərləri ilə görüşməsi, Ali baş komandanın öz əsgərinə verdiyi qiymət kimi dəyərləndirilməlidir.

Bu barədə açıqlama verən “İslahatçı Qadınlar və İnnovasiyalar “İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. QHT  sədri vurğulayıb ki, son illər ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan Azərbaycan standartları, əksər hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların faktiki yenidən qurulması, 90 faiz hərbi hissələrfə tikinti-bərpa, yenidənqurma işlərinin həyata keçirilməsi göz önündədir: “Hamıya məlumdur ki, bu gün ölkəmiz müharibə şəraitindədir və  belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifə hesab olunur. Ölkə prezidenti İlham Əliyevin fəaliyyətində məhz bu sahənin ilklərdə yer aldığını görməmək mümkün deyil. Məhz Ali baş komandanın diqqətinin və qayğısının nəticəsidir ki,  ordü quruculuğu ilə bərabər həmdə zabitlərin məişət problemləri həll olunur. Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilərimiz dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Dünyasını dəyişmiş, şəhid olmuş hərbiçilərimizin isə ailələrinə, övladlarına bu diqqət müntəzəm olaraq göstərilir. Hətta Azərbaycan ordusunun son illər ciddi inkişaf yolu keçdiyi  işğalçı Ermənistan rəsmiləri tərəfindən mütəmadi etiraf edirlir.”.

V .Hüseynlinin sözlərinə görə,  bir neçə gün öncə Gəncə və Mingəçevirdə N saylı hissələrin şəxsi heyyəti ilə görüüşündə Ali baş  komandan İlham Əliyevinin fikirləri, həm Azərbaycan ordusuna verilən qiymət, həmdə əsgərlərin öz rəhbərinə sonsuz inamının bir daha təsdiqi idi: “ N saylı hərbi hissələrdə prezident bir daha vurğuladı ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.”

QHT sədri onu da bilririb ki, bu danılmaz faktdır ki, Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsalı və bu məhsulların Azərbaycandan onlarla ölkəyə ixrac olunması, ölkəmizin hərbi sənayə ölkəsi kimi dünyada yeni uğurlar yazması məhz İlham Əliyevin adı ilə bağlıdır”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın Şeyxülislama məktubu hansı mesajları əks edir? –

Sonrakı məqalə

Ali məktəblərə və AMEA-nın magistraturalarına qəbulun statistik nəticələri açıqlandı –