Orduda narkomanlığa qarşı mübarizəyə dair tədbirlər planı hazırlanıb

Azərbaycan Ordusunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, plana əsasən ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.

Seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FİFA “ən yaxşı futbolçu” adına namizədlərin siyahısını açıqlayıb

Sonrakı məqalə

Neftin qiyməti ucuzlaşıb