Ordumuz 2 erməni hərbçisini məhv etdi-

Ermənistan Müdafiə Nazirliyi açıqladı
04 Oktyabr 2019 - 10:06

Ermənistan ordusu oktyabrın 3-də iki hərbi qulluqçusunun ölüm xəbərini yayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

O, cəbhənin Tavuş istiqamətində 27 yaşlı Muşeq Abovyanın öldürüldüyünü qeyd edib.

Yayılan digər xəbərdə isə oktyabrın 1-də həmin istiqamətində yaralanmış S.X adlı hərbi qulluqçunun hospitalda öldüyü bildirilib. Onun çiynindən qəlpə yarası aldığı açıqlanmışdı.