Orta Dəhlizlə bağlı ilk tədqiqat hesabatı hazırlandı- FOTOLAR

Sentyabrın 24-də “Qafqaz Araşdırmalar Mərkəzi” İctmai Birliyi (İB) Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Orta dəhlizin bel sütunu – Azərbaycan” layihəsi çərçivəsində hazırlanmış tədqiqat hesabatının ictimai təqdimatı keçirilib.

Təşkilatdan verilən məlumata görə, onlayn formatda keçirilən tədbirə Azərbaycan, Türkiyədən tədqiqatçı alimlər, araşdırmaçılar, vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər, ekspertlər qatılıb.

Toplantını açıq elan edən “Qafqaz Araşdırmalar Mərkəzi” İctmai Birliyi İdarə Heyətinin sədri Elçin Rüstəmli layihənin məqsədi barədə məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi Orta Dəhliz – beynəlxalq kommunikasiya dəhlizində Azərbaycanın yeri və rolu haqda araşdırma aparmaq, ölkəmizin bu layihədə rolunu göstərməkdən ibarət olub.

E.Rüstəmli qeyd edib ki, bu məqsədlə Orta Dəhliz haqqında müxtəlif resurslarda araşdırma aparılıb, yerli və beynəlxalq ekspertlərin fikirləri toplanaraq sistemləşdirilib.

Onun sözlərinə görə, layihə çərçivəsində Orta Dəhlizin əhəmiyyəti, iştirakçı ölkələrin maraqları, prosesə cəlb olunacaq maliyyə resursları, problemlər və risqlər haqqında tədqiqat aparılıb və ingilis dilində geniş hesabat hazırlanıb.

“Hesabatın ABŞ və Avropa ölkələrində birgə təqdimatının keçirilməsi üçün Türkiyə və Azərbaycan disapor təşkilatları ilə əlaqələr qurulub, onun təqdim olunacağı aparıcı beyin mərkəzlərinin dairəsi müəyyənləşdirilib”, – təşkilatdan verilən məlumatda qeyd olunur. Bildirilir ki, layihə haqqında yerli və xarici mətbuatda, sosial şəbəkələrdə informasiyalar yerləşdirilib, onlayn televizyalarda müzakirələr təşkil olunub.

Daha sonra hesabatın müəllifləri – Türkiyə ali məktəblərində dərs deyən tanınmış tarxçi alim, professor Xaləddin İbrahimli, Çağ Universitetinin prorektoru, professor-doktor Murad Koç, həmin Uinversitetin hüquq fakültəsinin dekanı, professor-doktor Sami Doğru Orta Dəhliz beynəlxalq nəqliyyat kommunikasiyasını əhəmiyyəti, Azərbaycanın, qardaş Türkiyənin bu layihədə yeri, rolu barədə toplantı iştirakçılarına ətraflı məlumat veriblər.

Həmçinin təqdimatda iştirak edən Türkiyənin tanınmış alim və tədiqatçıları professor-doktor Çetin Bedestençi, professor-doktor Saffet Akkaya, professor-doktor Murad Köylü, tanınmış psixoloq, araşdırmaçı Ayşe Şenay da tədiqat hesabatında yer alan məlumatlarla bağlı fikirlərirni bölüşüblər.

Toplantıda Dünya Türkləri Birliyinin özəl danışmanı Abdulla Türer Yener, Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədov, politoloq Xəqani Cəfərli də Orta Dəhlizin Türk dövlətləri arasında inteqrasiyanın genişlənməsindəki əhəmiyyəti, Azərbaycanın bu layihədən daha geniş faydalanmaq imkanları barədə təkliflərini səsləndiriblər.

Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi idarə heyətinin üzvü, tanınmış politoloq Zaur İbrahimlinin də tədiqat hesabatı, Orta Dəhlizin gerçəkləşməsində Azərbaycanın, Türkiyənin rolu barədə fikirləri maraqla qarşılanıb. Daha sonra tədbir sualların cavablandırılması və diskusiya şəklində davam etdirilib.

Toplantıya yekun vuran Elçin Rüstəmli layihəni maliyyələşdirən Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib, sözügedən tədiqat hesabatının olduqca əhəmiyyətli qaynaq rolunu oynayacağına inandığını ifadə edib. O, bildirib ki, Orta Dəhliz beynəlxalq kommunikasiya layihəsi ilə bağlı ilk dəfə akademik səviyyədə məlumat bazası hazırlanıb, burada onun əhəmiyyəti, iştirakçı ölkələrin maraqları, prosesə cəlb olunacaq maliyyə resursları, problemlər və risqlər haqqında ətraflı məlumatlar hazırlanıb.

E.Rüstəmli onu da qeyd edib ki, hesabat onlayın mənbələrdə yerləşdiriləcək, jurnalistlər, araşdırmaçılar, bu layihə ilə maraqlanan hər kəs üçün əlçatan olacaq. O, tədiqatın hazırlanmasında əməyi keçən araşdırmaçılara, toplantıya qatılan iştirakçılara minnətdarlığını ifadə edib.

Hesabatla bu linkə daxil olmaqla tanış olmaq olar. (https://qht.az/details/az/36397)

 

Əvvəlki məqalə

DYP hava şəraiti ilə bağlı müraciət edib

Sonrakı məqalə

Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinə yeni müdir təyin edilib