Orxan Həsənov “Azərişıq”ın Xızı Enerji Satış İdarəsinə rəis təyin olunub

09 Aprel 2021 - 00:37
Orxan Həsənov “Azərişıq” ASC-nin Xızı rayonu Enerji Satış İdarəsinə rəis təyin olunub.
Respekt.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.
Qeyd edək ki, Orxan Həsənov bu təyinata qədər “Azərişıq” ASC-nin Enerji Satış Departamenti direktorunun müşaviri vəzifəsində çalışıb.