2024-cü ildə Azərbaycan kinoteatrlarında ümumilikdə 27 yerli film nümayişə çıxarılıb. Azpost bildirir ki, 2024-cü il ərzində 27 filmdən “Park Cinema” kinoteatrlar şəbəkəsində 25, “Cinemastercard” şəbəkəsində 19, Nizami Kino Mərkəzində isə 14 yerli film göstərilib. Qeyd edək ki, 2023-cü il ərzində isə Park Cinema kinoteatrlar şəbəkəsində 29, “Cinemastercard”da (Cinema Plus) isə 14 yerli film nümayiş olunmuşdu. 2024-cü il ərzində 100 gündən artıq kinoteatrda qalan filmlər bunlardır: “Cin atı” – 346 gün “Səma ilə görüş” – 300 gün “Hozu dayə” – 248 gün “Lanetli kitap” – 203 gün “Elçilik” – 194 gün “Xəyanətə yox” – 185 gün “Şor biznes” – 183 gün Statistika kinoinfo.az tərəfindən aparılıb.