“Ötən gün 11 mindən çox insan koronavirusa yoluxub” –

Ümumdünya Səhiyyə Təşkilatı
18 Mart 2020 - 18:22

Ötən gün ərzində dünyada 11526 yeni növ koronavirusa yoluxma faktı aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb. Bununla da, hazırda dünyada həmin virusa yoluxanların ümumi sayı 179 min 112 nəfərə çatıb.

Hesabatda bildirilir ki, ötən gün dünyada 475 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 7426-ya yüksəlib. Qeyd olunur ki, ötən gün ərzində virus səkkiz yeni ölkədə aşkarlanıb.