Ötən gün karantin qaydalarını pozmuş 1503 nəfər cəzalandırılıb

13 Aprel 2020 - 11:00

Ötən gün respublikanın avtomobil yollarında karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.

Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.