Ötən gün küçəyə çıxan 27 nəfər aktiv koronavirus xəstəsi evə qaytarılıb –

DİN
22 Dekabr 2020 - 10:35

Daxili işlər orqanlarının əməkdaşları dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq evə qaytarıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barədə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.