Ötən il 492 korrupsioner vurduğu 39 milyon manat ziyanı ödəyib-

Baş Prokurorluqda müşavirə
10 Yanvar 2022 - 12:02

“Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib”.

Bu barədə Baş Prokurorluqda əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, ötən il 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuş, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.