2023-cü ildə icrası təmin edilən işlərin sayı 10%-dən çox artaraq ümumilikdə 570 minə yaxın sənədin icrası təmin edilib.
Bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına dair kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib(apa).