Ötən il Bakıda itkin düşən şəxs Türkiyədə tapıldı

28 Yanvar 2020 - 10:57

Bakıda itkin düşən şəxs tapılıb.

Ötən il dekabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1986-ci il təvəllüdlü Orxan Əliyev evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu ilin yanvarın 1-də O. Əliyevin valideynləri onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həmin müraciətə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları axtarış tədbirlərinə start verib. Axtarış tədbirləri nəticəsində O.Əliyevin Türkiyəyə getdiyi məlum olub.

Bu səbəbdən O.Əliyevin axtarışı dayandırılıb və ailəsinə məlumat verilib. (APA)