Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib

- SƏBƏB
31 Yanvar 2020 - 12:40

Ötən il üçüncü rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib.  

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının 7-si qadın, 4-ü isə kişi olub. Onların 9-u 18 yaşdan kiçik, 2-si isə 41-65 yaş aralığından olub.

Bununla da ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb.

Ötən ilin üçüncü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib.