Ötən il ölkədə 73 partlayış olub, baş verən yanğınlarda 53 nəfər ölüb –

232 nəfər xəsarət alıb
28 Yanvar 2020 - 09:59

2019-cu il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin illik statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki,  yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% az, xəsarət alanlar üzrə 67 nəfər və ya 41 % çoxdur.

2019-cu il  ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6 % çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.