Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayıAÇIQLANDI

Ötən il Gürcüstana Azərbaycandan 1 526 619 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə yollanan ziyarətçilərin sayında 102 009 nəfər və yaxud 7,2% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan Gürcüstana üz tutan əcnəbi ziyarətçilərin sayına görə birinci yeri tutub.

2019-cu ildə Gürcüstan Azərbaycanla yanaşı, ən çox ziyarətçiləri Rusiya (1 471 558 nəfər) və Ermənistandan (1 365 048 nəfər) da qəbul edib. Rusiyalı ziyarətçilərin sayı 4,8%, ermənistanlı ziyarətçilərin sayı isə 7,6% artıb.

Ötən il Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi sayı 9 357 964 nəfərə bərabər olub. İllik müqayisədə bu göstəricidə 7,8% artım qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ANS-ÇM”-in tezliyi üçün elan olunan müsabiqə ləğv olundu –

Sonrakı məqalə

Azərbaycanda milli ödəniş sistemi fasiləsiz işləyəcək