Son bir il ərzində avtomobil hərraclarında ən bahalı nümunə 51.2 milyon dollara satılan 1954-cü il istehsalı “Mercedes-Benz Streamliner” olub.
Həmçinin, ən bahalı avtomobillərin ilk onluğuna 1964-cü ilin “Ferrari 250 LM Scaglietti” (36 milyon dollardan baha), “Ferrari Daytona SP3” (26 milyon dollar), 1994-cü ilin “McLaren F1” (25.3 milyon dollar), “Gordon Murray S1 LM” (20 milyon dollar), 1966-cı il “Ford GT40 Mk II” (13.2 milyon dollar), 2026-cı il “McLaren F1” yarış avtomobili (11.5 milyon dollar), 1993-cü il “Ferrari F40 LM” (11 milyon dollar) və unikal “Pagani Zonda” (10,1 milyon dollar) modelləri daxil olub.
Bütövlükdə, 2025-ci ildə “RM Sotheby’s” hərracənda cəmi 1 024 kolleksiya avtomobili satılıb.