Özbəkistan vətəndaşları ölkədən nə qədər pul çıxara bilər?

- Yeni qayda
25 Oktyabr 2019 - 12:51

Özbəkistan vətəndaşlarına ölkədən 100 milyon sum (10,5 min dollar) çıxarmaqlarına qanunla icazə verilib.

Ölkə vətəndaşları əvvəllər deklarasiya olmadan 2 min, deklarasiya ilə isə 5 min dollar apara bilərdi. Bundan böyük məbləğ aparanlardan isə Özbəkistan Mərkəzi Bankından arayış tələb olunurdu.

Qəbul olunan qanuna görə, vətəndaşlar xarici ölkələrdə bank hesabı aça, Özbəkistanın bank hesablarından xarici hesablara və ya əksinə pul köçürə bilərlər.

Özbəkistan vətəndaşları ölkə ərazisində bütün hesablamaları və ödənişləri milli valyuta ilə aparmalıdırlar. Malların və xidmətlərin qiymətinin xarici valyuta ilə göstərilməsi qadağan edilir.