Özbəkistanın sərhəd qurumu:

"Tacikistanda baş verən insidentin səbəbləri araşdırılır"
06 Noyabr 2019 - 14:35

İŞİD terror təşkilatının 20 yaraqlısının Tacikistanın “İşkobad” sərhəd zastavasına hücumu ilə bağlı vəziyyət Özbəkistanda da diqqətlə araşdırılır.

Azərtac xəbər verir ki, bu barədə məlumat verən Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi hücumla bağlı tacikistanlı həmkarları ilə müntəzəm əlaqə saxladıqlarını bildirib.

Xatırladaq ki, ötən gecə Əfqanıstan ərazisindən Tacikistana hücum edən İŞİD terrorçularının 15-i öldürülüb, 5-i isə əsir götürülüb. Atışmada bir tacik sərhədçisi və bir milis nəfəri həlak olub. Hadisə yerində operativ istintaq qrupu yaradılıb və cinayətin səbəbləri araşdırılır.

Özbəkistan ilə Tacikistan arasındakı sərhəd xətti 1330 kilometrdir. Sərhəd xəttinin 20 faizi hələ də delimitasiya edilməyib.