Özbəkistanın xarici borcu 15 milyard dollara çatır- Ölkə ən çox Çinə və Yaponiyaya borclanıb

Özbəkistanın xarici borcu dekabr ayının sonunadək 15 milyard dollar olacaq.

Azərtac xəbər verir ki, bu rəqəmi Ali Məclis Senatının iclasında Özbəkistan Baş Nazirinin müavini, Maliyyə naziri Jamşid Kuçkarov səsləndirib.

Nazir bildirib ki, ilin əvvəlində bu rəqəm 9 milyard, oktyabr ayında isə 13,5 milyard dollar olub.

O vurğulayıb ki, ölkənin borcları əsasən beynəlxalq maliyyə institutlarınadır, məsələn, Asiya İnkişaf Bankı, Dünya Bankı və digər banklara. Dövlətlər arasında isə ən böyük borc Çinə (2 milyard dollar) və Yaponiyayadır (1,5 milyard dollar).

Nazir deyib ki, bu kreditlər əsasən ölkədə böyük layihələrin həyata keçirilməsinə xərclənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sərhəd-keçid məntəqələrində elektron növbə sistemi olacaq

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər