“Özümü ukraynalı kimi hiss edirəm, heç vaxt bu qədər fəxr etməmişəm”- SAAKAŞVİLİ

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili özünü 100 faiz ukraynalı hiss etdiyini deyib.

Azpost.info xəbər verir ki, o, bu barədə Ukrayna mətbuatına müsahibəsində bildirib.

“Mən özümü tamamən ukraynalı kimi hiss edirəm və bununla heç vaxt bu qədər fəxr etməmişəm. İndi Ukraynada olsaydım, Zelenskinin yanında olardım”, – Saakaşvili deyib.

O əlavə edib ki, Ukraynadakı münaqişə zamanı bir çox ukraynalı dostları ölüb və ya yaralanıb.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ-ın müdafiə büdcəsi Tehrana qarşı düşmənçilik niyyətini əks etdirir”

Sonrakı məqalə

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb