Pakistanın Kvetta şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Trend-in “Geo TV” telekanalına istinadən verdiyi məlumata görə, eyni zamanda azı 20 nəfər xəsarət alıb. Daha əvvəl 11 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilirdi.
Telekanalın məlumatına əsasən, ölənlər arasında şəhər polisinin rəhbərinin müavini də olub.
Qeyd edək ki, partlayış bu gün axşam saatlarında Kvetta şəhərinin Qusabad rayonunda yerləşən məsciddə baş verib. Polis əməkdaşları partlayışın səbəbini araşdırır.