Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Pakistanda sel və daşqınlar nəticəsində azı 15 nəfər ölüb

User 15 Avqust 2025 - 13:00 (Last updated: 15 Avqust 2025 - 12:24)
sel

Avqustun 15-də səhər saatlarında Pakistanın şimal-qərbində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb, daha 17 insan itkin düşüb.

Pakistan mediası xəbər verir ki, bu ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb. Xilasedicilərin məlumatına görə, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.

Bölgəyə yağan güclü yağışdan sonra Sori Pav rayonunda bir evin uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əyalətin Mansehra rayonunda avtomobili sel aparması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 328-ə çatıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan yaralanıb. Ölənlərin əksəriyyətinin – 164 nəfərin və 582-dən çox yaralının şərqdəki Pəncab əyalətində olduğu bildirilib.

Güclü yağışlar Balatistan bölgəsinin müxtəlif nöqtələrində sürüşmələrə səbəb olub, xilasedicilər müxtəlif ərazilərdə qapalı qalan insanları təxliyə etmək üçün mübarizə aparıblar.

Adətən, iyundan sentyabr ayına qədər davam edən musson yağışları Pakistan da daxil olmaqla Cənubi Asiyada tez-tez dağıntılara səbəb olur. Qlobal iqlim dəyişikliyi son illərdə onların gözlənilməzliyini və intensivliyini daha da artırıb.

AzPost.az

Post navigation

Previous: Qusarda virtual təhlükəsizlik haqqında ictimai dinləmə keçirilib
Next: Təyyarə ölçüsündə asteroid Yerə yaxınlaşır –

Oxşar xəbərlər

tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10

xƏBƏR

tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin son günlər İran ərazisinə endirdiyi zərbələrə münasibət bildirib. “Biz İranı...
Read more about “İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı
Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.