Pakistan Beynəlxalq Hava Yollarının stüardessası Faizə Muxtar təyyarə Kanadadan havaya qalxmazdan əvvəl yoxa çıxıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Media Line” yazıb.
Nəşr qeyd edir ki, şirkətin əməkdaşlarının bu şəkildə yoxa çıxması ilk dəfə deyil. Mənbələrin bildirdiyinə görə, ekipaj üzvləri 2018-ci ildən bəri qaçaraq başqa ölkələrdən sığınacaq axtarırlar. Son bir ildə isə ən azı 7 nəfər Kanadaya qaçıb.
Faizə Muxtar yanvarın 19-da İslamabaddan Torontoya gəlib. O, yanvarın 20-də Kəraçiyə uçmalı idi, lakin işə gəlməyib və əlaqəni kəsib.
Azpost.info