Parlamentdə 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi qəbul edilib

05 İyun 2020 - 13:19

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.