Parlamentdə Milli Məclisin buraxılması üçün Prezidentə müraciətin müzakirələrinə başlanılıb

02 Dekabr 2019 - 12:16

“Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatları yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”.

APA-nın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, noyabrın 28-də Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər: “Konstitusiyaya uyğun olaraq Milli Məclisin bu məsələyə baxıb, müzakirə etmək hüququ var. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.