Parlamentin buraxılması ilə bağlı müraciətə nə vaxt baxılacaq?

- Tarix məlum oldu
29 Noyabr 2019 - 13:21

Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: “İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq”.