Parlamentin buraxılması və növbədənkənar seçkilərlə bağlı redaksiya yaradıldı

- Kimlər daxil edilib?
02 Dekabr 2019 - 12:38

Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker qeyd edib ki, redaksiya heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Sahibə Qafarova, Səməd Seyidov daxil edilib.