“Paşinyan 5 milyard dollara beş rayonu qaytarmağa razılaşıb” –Rusiyanın məşhur qəzetindən Qarabağla bağlı SENSASİYALI AÇIQLAMA

“Ermənistanın baş naziri Paşinyan 5 milyard dollar pulun müqabilində Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq verib”.

Azpost.info bildirir ki, belə sensasiyalı məlumatla Rusiyanın məşhur “Nezavisimaya Qazeta” çıxış edib.

Qəzet Putinin Yerevana səfəri ərəfəsində rus-erməni münasibətlərini şərh edən məqalə yayıb.

Yazıda vurğulanır ki, baş nazir Paşinyanın əsas məqsədi işğal edilmiş Dağlıq Qarabağda özünün tərəfdarı Mais Maliyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana qaytarmaqdır: “Bu, ABŞ prezidentinin sabiq müşaviri Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda Ermənistanın xarici işlər naziri Mnaskanyan beş rayonun qaytarılması müqabilində 5 milyard dollar almağa razılıq verib”.   

Yazıda deyilir ki, 2018-ci ilin aprelində “məxməri inqilab”adlı ilə baş tuutmuş siyasi fırıldaq nəticəsində Sərksiyan hakimiyyəti Paşinyana ötürüb: “İl yarımdan sonra Ermənistan avtoritar dövlətə çevrilib.  Orada Ermənistan qanunları yox, qərb QHT-lərnin nizamnamələri at oynadır. Ermənistan ABŞ-ın geopolitik maraqlarının orbitinə düşüb”-deyə yazıda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şənbə gününə olan hava proqnozu –

Sonrakı məqalə

Vurğun Əyyubun qohumundan qəzəbli status: