“Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatından sonra geri addım atmayıb”- Türkiyə Prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın özünün andiçmə mərasimində iştirak etməsini şərh edib.

Bu barədə, o, Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində danışıb.

Ərdoğan Paşinyanın bu dəvəti qəbul etməsinin mühüm addım olduğunu bildirib: “Yəni bu məqamda Paşinyan öz ölkəsində bir çox maneələri aşaraq, dəvətimizi qəbul etdi. Biz bu mərasimdə Baş nazir Paşinyanla yalnız ayaqüstü görüşə bildik, dəvətə verdiyi cavaba görə minnətdarlığımı bildirdim”.

Türkiyə Prezidenti əlavə edib ki, Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı mühüm əhəmiyyət kəsb edirdi:

“Təbii ki, bunu dərk etmək irəliləyişdir. Amma Ermənistanda Paşinyana qarşı çıxanlar da var. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb”(apa).

Əvvəlki məqalə

“Zəngəzur dəhlizi Ermənistanla yox, İranla bağlı bir problemdir”

Sonrakı məqalə

İyunun 18-də Azərbaycan dili üzrə növbəti imtahan keçiriləcək