Paşinyan Ermənistan Polisinin bu gün işdən çıxarılan rəisini baş müşaviri təyin edib

18 Sentyabr 2019 - 22:56

Ermənistan Polisinin sabiq rəisi Valeri Osipyan Nikol Paşinyanın baş müşaviri təyin edilib.

APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, V.Osipyanın təyinatı ilə bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, V.Osipyan bu gün vəzifəsindən azad edilib.