Paşinyan Ermənistanın xarici işlər nazirini işdən çıxartdı

16 Noyabr 2020 - 17:39

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib.

 “News.am”ın verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

Ermənistan parlamentdə çıxış edən Baş nazir Nikol Paşinyan isə qeyd edib ki, o, XİN başçısının vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edib.