Paşinyan İlham Əliyevlə təkbətək görüşdən danışdı:"Mişel çıxsa da eyni məsələləri müzakirə etdik"

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə müzakirə etdiyimiz eyni məsələlərdən danışdıq”.

“Sputnik Armenia”nın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

“Təkbətək söhbət zamanı da eyni məsələlər müzakirə edildi. Elə vəziyyət olmadı ki, Şarl Mişel 20 dəqiqə otağı tərk edən kimi, biz “aha” deyək və əvvəllər müzakirə etmədiyimiz bir şey haqqında danışmağa başlayaq”.

Paşinyan deyib ki, o, İlham Əliyevlə söhbəti mövcud gündəm ətrafında davam etdirib. Dinamikada, məzmunda heç bir dəyişiklik olmayıb.

Paşinyanın sözlərinə görə, Şarl Mişelin görüşdə iştirakı onların hər hansı bir məsələni müzakirə etmələrinə mane olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hadrutda yerləşən mavi beretli yeni Komando briqadamız –

Sonrakı məqalə

Xəzərdə 4 bala yaxın zəlzələ olub