Paşinyan özünütəcrid rejiminə keçib

Ermənistanın Baş naziri Nikol Paşinyan özünütəcrid rejiminə keçib.

“News.am”ın xəbərinə görə, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorgyan deyib.

“Epidemik vəziyyətlə əlaqədar olaraq Baş nazir özünü təcrid edib”, – deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, vətəndaşlar N. Paşinyanın paytaxt İrəvan şəhərində dini mərasimdə iştirakının qarşısını almaq üçün kilsənin önünə toplaşıblar, lakin Baş nazir mərasimə qatılmayıb.

Xatırladaq ki, Nikol Paşinyan ötən ilin yazında koronavirusa yoluxduğu üçün Moskvaya səfərini təxirə salmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Şahmat Federasiyası Arkadi Naydiçlə müqaviləsinə xitam verib

Sonrakı məqalə

İki gün əvvəl Bakıda itkin düşən 12 yaşlı qız tapıldı