Paşinyan Putinə “İsgəndər”lə bağlı nə deyib? –

“Baş nazir lazımi qədər məlumatlı olmayıb”
01 Mart 2021 - 13:50

Ermənistanın baş naziri Paşinyan Rusiya prezidenti Putinlə telefon danışığında “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatını müzakirə edib.

Azpost.info bildirir ki, bu barədə baş nazirin mətbuat katibi Mane Qorqyan “Armenpress”ə açıqlamasnda deyib.

Əldə olan məlumatları və faktları tutuşdurduqdan sonra Ermənistan baş naziri bu nəticəyə gəlib ki, o, situasiya barədə lazımi formada məlumatlandırılmayıb”.

Qorqyanın sözlərinə görə, bununla yanaşı baş nazirin bəyanatı hərbi sənaye sferasındakı erməni-rus əməkdaşlığının keyfiyyəti və mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. “Rus silahının dünyada ən yaxşı silahlardan biri olduğu şübhəsizdir. Ermənistan Rusiya ilə hərbi sahədə sıx əməkdaşlığı davam etdirir və dərinləşməsi üçün addımlar atacaq”.