Aprelin 7-də Ermənistanın baş naziri Paşinyanın Moskvaya işgüzar səfərə gedəcək, prezident Putinlə görüşəcək.
Azpost.info bildirir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Qəzet bildirir ki, bu 44 günlük müharibədən sonra Putinlə baş tutacaq ikinci görüş olacaq.
Son belə görüş yanvar ayında üçtərəfli qaydada baş tutub. Görüşdə Putin, Azərbaycan prezidenti İlham Əliyev və Paşinyan iştirak edib. Görüş zamanı baş nazirin müavinləri səviyyəsində işçi qrupların yaradılması qərara alınıb.
Baş nazirin mətbuat katibi Mane Gevorkyan deyib ki, belə bir görüşün keçiriləcəyi barədə məlumata malik deyil.